Amerikalı porno ulduz İrana səfər edib

09:05 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın böyüklər üçün kino ulduzu Uitni Rayt İrana gedib və 1979-cu ildə girov böhranından sonra İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təbliğat və informasiya şöbəsinin qərargahına çevrilmiş Tehrandakı ABŞ səfirliyinin keçmiş binasına baş çəkib.

Hafta.az-ın yazdığına görə, Uitni Raytın səfəri İranın Nobel Sülh Mükafatı laureatı, qadın hüquqları müdafiəçisi Nərgis Məhəmmədini saxladığı bir vaxtda mübahisələrə səbəb olub. AFP-nin məlumatına görə, 2022-ci ildə Məhsa Əmininin polis idarəsində həbsdə olarkən öldürülməsindən sonra İranda qadınlara qarşı zorakılığa görə şiddətli nümayişlər olub və ölkədə etirazlar başlayıb.

Rayt pornoqrafik filmlərdə oynamağın onu ölüm cəzası ilə üz-üzə qoyacağını bilsə də, Tehran küçələrində videolar çəkərkən görüntülənib.

AFP, Rayta sual ünvanlasa da, cavab ala bilməyib.

Sosial mediada paylaşdığı qeydlərdə Rayt ABŞ səfirliyinin köhnə binasını mütləq ziyarət etməli olduğu yer kimi təsvir edib. SEPAH-ın Təbliğat və İnformasiya Departamenti hazırda onu muzey kimi idarə edir.

1979-cu il inqilabından aylar sonra iranlı yaraqlılar binaya basqın edərək səfirliyin əməkdaşlarını 444 gün ərzində girov saxlayıblar. Həmin böhrandan sonra iki ölkə arasında münasibətlərin hələ də kəsilmiş olması İranla ABŞ arasındakı gərginliyi də ümumiləşdirir.

Rayt İnstaqram hesabında “Daha əvvəl heç kimin görmədiyi bir muzeydəki eksponatları paylaşıram. Bu, hökumətə dəstək deyil" deyib.

Aktrisa bundan əvvəl də internetdə Fələstin tərəfdarı postlar, o cümlədən İsrailə silahlı hücumu dəstəkləyən materiallar paylaşmışdı.

Maraqlıdır ki, Oklahoma Sitidə doğulmuş ABŞ vətəndaşı olan Raytın İrana səfəri üçün viza alması lazımdır. Bəs onu necə alıb? İranın BMT-dəki nümayəndə heyəti Raytın səfəri ilə bağlı sualları cavablandırmayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani dünən keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı məlumatı olmadığını bildirib.

“Tesnim” xəbər agentliyi adı açıqlanmayan bir məmura istinadən hökumətin Raytın qeyri-etik işinin mahiyyətini bilmədən ona viza verdiyini iddia edib.

ABŞ porno sənayesində çalışan aktrisanın İrana səfəri diqqət çəkib.

İranlı aktrisa Setareh Bassiani hicab qadağasını sərtləşdirən İran hökumətini tənqid edərkən Raytın səfərinə toxunub. O, İnstaqram hesabından verdiyi açıqlamada, "Bu ölkənin xalqını hicablarını çıxardıqları üçün bir çox şəkildə cəzalandırırsınız, ancaq bir porno aktrisanın bura turizm üçün gəlməsinə icazə verirsiniz" deyib.

İran tərəfindən sui-qəsd və adamqaçırma cəhdlərinə məruz qalan fəal Məsih Əlinejad da Raytın səfərini pisləyib. Əlinejad ABŞ-ın vətəndaş hüquqları ikonasına toxunaraq, "Biz İrandakı qadınlar Uitni Rayt deyil, Roza Parks kimi olmaq istəyirik. Əsl müharibəni qızışdıranlar İslam Respublikasının agentləridir ki, özünüzə qarşı dürüst olsanız, sizi edam edəcək".

Kandi Şarms kimi tanınan britaniyalı porno aktyor 2016-cı ildə İrana səfər edərkən tənqidlərə səbəb olmuşdu. Lakin Raytın İrana səfəri mediada yayımlanmadı, bu, ola bilsin, 2022-ci il etirazlarından sonra jurnalistlərin azadlığının nə dərəcədə məhdudlaşdırıldığının göstəricisidir.

ABŞ Dövlət Departamentinə Raytın səfəri ilə bağlı sual verildikdə, nazirlik amerikalılara İrana səfər etməmələri barədə xəbərdarlıq etdiyini, "haqsız və əsassız həbslərə məruzqalma riski səbəbindən diqqətli olmağı tövsiyə etdiyini" bildirib.