Amerikalıların 70%-i Ukrayna səmasının bağlanmasının tərəfdarıdır - SORĞU

10:13 05.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Amerikalıların 81%-i hesab edir ki, Vaşinqton Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq etməlidir.

Respublikaçılar və Demokratlar da daxil olmaqla amerikalıların 70%-dən çoxu Rusiya nefti və qazının alışının dayandırılmasını dəstəkləyib, həmçinin hesab edir ki, ABŞ və NATO dövləti Rusiyanın hava hücumlarından qorumaq üçün Ukraynanın səmasını bağlamalıdır.

Hafta.az xəbər verir ki, bu barədə Reuters-in sorğusunda deyilir.

Agentlik rusların ukraynalılara qarşı təcavüzkar hərəkətlərinə görə ABŞ vətəndaşlarının qəzəbinin getdikcə artdığına diqqət çəkir. Bu, ABŞ prezidenti Co Baydeni Moskvaya qarşı daha sərt addımlar atmağa məcbur edir.

Respondentlərin 74%-i Ukrayna üzərində uçuş qadağasının tətbiqini dəstəkləyib. 80% Rusiya yanacağının tədarükünün dayandırılmasının tərəfdarıdır.

Üstəlik, amerikalıların 81%-i hesab edir ki, Vaşinqton Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməlidir.

Respondentlərin təxminən 77%-i deyib ki, ABŞ Putinə yaxın rus oliqarxlarının aktivlərinə həbs qoymalıdır.

62% başqa bir demokratik ölkəni qorumaq üçün neft və qaz üçün daha çox pul ödəməyə razılaşıb.
Amerikalıların əksəriyyəti - 72% - Ukraynaya silah tədarükünün tərəfdarıdır.

ABŞ vətəndaşlarının təxminən 74%-i öz dövlətinin ukraynalı qaçqınları qəbul etməli olduğunu deyib və bu, ekspertləri təəccübləndirib.

Baydenin hazırkı qərarlarını respondentlərin 45%-i bəyənir, halbuki əvvəlki sorğuda bu göstərici 34% idi.

Sorğu 831 iştirakçı ilə ABŞ-da ingilis dilində aparılıb. Səhv 4% -dir.