Amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb

13:15 24.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il ərzində 10 min 943 şəxs barəsində amnistiya tətbiq edilib.

Hafta.az bildirir ki, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.

K.Əliyev bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir.

"Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib", - K.Əliyev deyib.