Ana iki uşağını boğub öldürdü

23:53 21.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya paytaxtında dəhşətli cinayət hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, ölkə mediasının yaydığı məlumata görə, ana 3 yaşlı oğlunu və 11 yaşlı qızını boğaraq öldürüb. Daha sonra isə 36 yaşlı qadın özünə qəsd edib, lakin onun bu cəhdi uğursuz alınıb. 

Hadisə paytaxtın şimal-şərqində Yasnı məhəlləsindəki bir binada baş verib.

Cinayətkar ana boynunda kəsik yaraları ilə xəstəxanaya aparılıb. Mənzildə 2017 və 2009-cu il təvəllüdlü bacı və qardaşın cəsədləri tapılıb.

Müstəntiqlər cinayətin səbəblərini araşdırırlar.