Yazını böyüt
Yazını kiçilt
Şabranda doğum evində ana və uşaq ölüb.
Hafta.az xəbər verir ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova və onun körpəsi doğuş zamanı həyatını itirib.
Qeyd edək ki, bu, Nailə Qasımovanın üçüncü hamiləliyi olub.
Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.