ANAMA əməkdaşı minaya düşüb, ayağı amputasiya olunub-YENİLƏNİB

12:52 05.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi Ağdam rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

Qurumdan hafta.az-a bildirilib ki, 2023-cü il 5 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.

***

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdamda minaya düşüb.

Hafta.az xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş ərazisində minatəmizləmə zamanı baş verib.

Tərtər rayon sakini Vaqif Əkbərov iş fəaliyyəti zamanı minaya düşüb. Onun sağ ayağı amputasiya edilib.

Oxunma sayı 74