“Anti-Rusiya sanksiyalara əməl edəcəyik” – Serik Jumanqarin

10:15 06.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan baş nazirinin müavini Serik Jumanqarin deyib ki, Astana anti-Rusiya sanksiyalarını dəstəkləmir.

Hafta.az-ın yazdığına görə, Jumanqarin deyib ki, lakin “iqtisadi baxımdan faydalı olduğu üçün” sanksiyalara əməl edir. Qazaxıstanlı nazir deyib: "Biz anti-Rusiya koalisiyanın üzvü deyilik, bu birtərəfli sanksiya siyasətini dəstəkləmirik, lakin iqtisadi baxımdan bizim üçün faydalı olduğundan ona əməl edəcəyik. İqtisadiyyatımız kiçikdir, təbii ki, edəcəyik. Biz sanksiyaların təzyiqinə tab gətirə bilmərik, buna görə də biz birbaşa ABŞ və Avropa İttifaqı ilə dialoqdayıq”.

Siyasət rubrikasından digər xəbərlər