Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ ərazisində 30 il öncə qondarılmış separatçı-terrorçu erməni rejiminin 44 günlük müzəffər savaşımızdan sonra qalan tör-töküntülərinin başçısı Araik Arutyunyan Qarabağda yaşayan Rusiya Federasiyası vətəndaşlarına maddi yardım göstərilməsi haqda qərar verilib.
Hafta.az xəbər verir ki, bu haqda Ermənistanın “@Reartsakh” teleqram-kanalı məlumat yayıb.
Xəbərdə daha sonra deyilir:
“Dağlıq Qarabağın rus icması tərəfindən həyata keçirilən Rusiya Federasiyası vətəndaşlarının artsax respublikasında qeydiyyatı əvvəllər 2021-ci ilin 4 ayı ərzində aylıq 68 000 dram(təxm. 131 ABŞ dolları) məbləğində ödəniş almamış şəxslərin siyahılarını dəqiqləşdirməyə imkan verib... Araik Arutyunyan əsaslı şəkildə ədalətli qərar qəbul edib və bunun əsasında Rusiya Federasiyasının vətəndaşları yerli vətəndaşlarla birlikdə 272 min dram(təxm. 523 dollar) məbləğində maddi yardım alıblar. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilərdə bütün əmlakını, o cümlədən evlərini itirən Rusiya vətəndaşlarının hər biri 300 min dram(təxm. 576 dollar) alıb”.
Xəbərdə Qarabağdakı Rusiya vətəndaşlarının ümumi sayı və neçəsinin milliyyətcə rus olduğu bildirilmir...