Bu gün - martın 29-da Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim tör-töküntülərinin oyuncaq başçısı Arayik Arutyunyan Xankəndindəki qanunsuz “müdafiə nazirliyi”ndə müşavirə keçirib.
Hafta.az xəbər verir ki, görüşdə erməni mediasının yaydığı məlumata görə, qeyri-qanuni erməni birləşmələrinin komandirlərinin və qanunsuz “hüquq-mühafizə orqanları”nın yüksək vəzifəli şəxsləri iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikası Xocalı rayonunun Fərrux dağı və kəndi ətrafındakı təxribatların uğursuzluqla nəticələnməsindən sonra separatçı-terrorçu rejimin “müdafiə qabiliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Üzdəniraq baş separatçı “bu istiqamətdə yeni tapşırıqlar verib...