Arıçılar qan ağlayır: ayılar bal pətəklərini yeyirlər

11:15 06.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Kastamonu vilayətində 75 min pətəklə arıçılıq xidməti göstərən 1500 arıçı elektrik çəpərləri və pətəklərə hücum edən ac ayılara qarşı müxtəlif tədbirlər görür. Amma alınan tədbirə baxmayaraq, ayıların pətəkləri məhv etməsi səbəbindən itkiləri artan arıçılar çarə tapılacaq günü gözləyirlər.

Hafta.az-ın yazdığına görə, Kastamonu Arıçılar Dərnəyinin sədri Cem Başar bildirib ki, son zamanlar ayılar arı pətəklərinə ciddi ziyan vurub. Vəziyyətin ayıların yemək tapa bilməməsi və ya artan ayı populyasiyası ilə bağlı ola biləcəyinə işarə edən Başar, "Ayıların pətəklərimizi həddindən artıq ovlaması ilə qarşılaşırıq. Son bir neçə gündür ki, ayıların hətta rayon mərkəzlərinə girdikləri də müşahidə olunur” deyib.

Ayıların vurduğu zərərin gündən-günə artdığını vurğulayan Başar, "Təyin edə bildiyimiz qədər Kastamonuda ayılara qarşı təxminən 200 koloniya itirmişik. Bunun 1 milyon lirə civarında bir dəyəri var. Bu, daha yüksək həddə çata bilər. Əgər ayıların hücumu davam edərsə, daha böyük məbləğlə hesablanacaq itkilərin yaranması qaçılmaz olacaq. Bu mövzuda səlahiyyətlilərdən lazımi dəstək istəyirik" deyib.

Kastamonu Universiteti Meşəçilik Fakültəsi Vəhşi Təbiət Ekologiyası və İdarəetmə kafedrasının müdiri Dr. Üzvü Özkan Evcin, ayıların son vaxtlar iqlim dəyişikliyinin təsirləri səbəbindən qida çatışmazlığından əziyyət çəkdiyini vurğulayıb.

Normalda ayıların qida rasionunda balın yer almadığına və onu əsas qida olaraq istehlak etmədiklərinə diqqət çəkən Evçin, "Normalda ayılar hər şey yeyirlər. Həm ət, həm meyvə, həm də tərəvəz. Bu aqressivlik də ayılara təsir edir. Onlar çox səyahət etdikləri üçün insanlarla vəhşi təbiət arasında çoxlu münaqişə var. Bu vəziyyət bizi ayılarla daha çox qarşılaşmağa sövq edir" deyib.

Heyvanların qış yuxusunun gecikdiyini vurğulayan Evçin deyib: "Demək olar ki, qış yuxusuna getmirlər. Çünki hava çox mülayimdir və ya qəil soyuyur. Heyvanlar hormonlarını və özlərini tarazlaya bilmirlər. Bu çərçivədə psixologiyaları təsirlənir və onlarda stress daha da artır. Ona görə də heyvanlar, insanlar və vəhşi təbiət arasında daha çox münaqişə olur. İnsanlarımıza ayılarla qarşılaşmazdan əvvəl meşədə gəzərkən heç olmasa itlərlə gəzməyi tövsiyə edə bilərik. Əslində demək olar ki, bütün vəhşi heyvanlar səslərdən qorxur. Bu kontekstdə təbiət qoynunda gəzərkən səs çıxarmağı və sürpriz qarşılaşmalardan uzaq durmağı tövsiyə edə bilərik”.

Evcin əlavə edib ki, meşələrdə fərqli növlərdə meyvə ağaclarının sayının artırılması vəhşi heyvanların qida tapmasını asanlaşdıra, vəhşi heyvanlarla insanlar arasında qarşıdurmanı minimuma endirə bilər.