“Artilleriya atəşinin ustaları”nın heyəti Bakıya qayıdıb

18:55 04.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsində iştirak edən artilleriyaçılarımız avqustun 4-də Bakıya qayıdıb.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqədə komandamız üçüncü yerə layiq görülüb. Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olub.