Arvadını öldürən kişi TUTULDU

09:21 29.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Hafta.az xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Oxunma sayı 128