AŞPA Azərbaycanın yox, Ermənistanın səsvermə hüququnu dondurmalı idi - Rəy

13:46 26.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Makronun sayəsində ardıcıl uğursuzluqlara imza atan Fransanın keçmişi hamıya bəllidir. Almaniyanın sifarişlərini həyata keçirən bir Şuradan nə ədalət, nə demokratik dəyərlərə sədaqət, nə də insan hüquq və azadlıqlarına hörmət gözləmək olmaz”.

Bunu hafta.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov AŞPA-da Azərbaycana qarşı qərəzli mövqeyə münasibət bildirərkən deyib. Mərkəz rəhbəri dünyanın yalnız beynəlxalq münasibətlər, insan haqları, ədalətli cəmiyyət, bərabərlik, qarşılıqlı hörmət, sivil düşüncə ənənələrinin dərinləşməsi ilə xilas olacağı ideyasını ortaya qoymaqla, istər Avropa, istərsə də Qərb təsisatlarında bu tendensiyaların görünmədiyinə təəssüflə yanaşıb:

“Biz dövlətimizin ciddiliyini, xalqımızın ədalət prinsiplərinə sadiqliyini nümayiş etdirib, sözümüzə hörmətin, səmimi xidmətin siyasi mədəniyyətin yüksək səviyyədə dinamik inkişafını öz əməllərimiz nümayiş etdirdik. Bunu həzm edə bilməyənlər artıq eybəcər formada, bizə qarşı yaramazcasına hərəkətə keçiblər və buna sapı özümüzdən olan bəzi baltalar da onlara haqq qazandırmaq üçün simasız üzlərini nümayiş etdirirlər. Lakin xalqımız həmişə milli məsələlərdə öz prinsipiallığını ortaya qoyub, həmrəyliyini nümayiş etdirib. Bu mərhələdə də yenə müdrik xalqımız Azərbaycana qarşı namərdlik edənlərin tarixi dərsini yerində və layiqincə verəcək”.
R.Hüseynov bəyan edib ki, terrorçu və işğalçını uzun illər bəsləyən, dolayısı, bəzən birbaşa ona dəstək verən Avropa Şurası, Qərb dairələri başqa bir ölkənin ərazisinə təcavüz edən, başqa torpaqların hesabına dövlət quran bir ölkənin səsvermə hüququnu əlindən almalıydı:

“Amma bu, beynəlxalq mərkəzlərin riyakar təfəkkürü buna imkan vermədi. Avropa qəbul etdiyi qətnamədə qərəz və riyakarlığınızı açıq formada üzə çıxartdı. Guya Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti ilə bağlı “narahatçılığını”, qətnamədə siyasi spekulyasiyanın və Azərbaycana qarşı olan qərəzin bariz nümunəsi kimi ortaya qoydu. 30 il ərzində bizim torpaqlar işğal altında olub, insanlarımız humanitar fəlakətə düçar olub. Amma Avropa, Qərb bu istiqamətdə işğalçıya qarşı ciddi bir addım atmağa cəsarət etməyib. Reallıqlarla barışmaq təklifi verənlər indi reallıqla barışa bilmirsə bu bizim yox, beynəlxalq mərkəzlərin mənəvi deqeredasiyaya uğramağınızın səbəbi, günahıdır”.

R.Hüseynov qeyd edib ki, Azərbaycan Avropa Şurasına üzv olarkən beynəlxalq hüququn prinsipləri, bəşəri ədalətin təmin olunması üçün strateji səmimi tərəfdaşlıq gözləntilərimiz özünü doğrultmadı:

“Müdrik xalqımızın etimadı, dövlətinə sadiqliyi, həmrəyliyi şanlı ordumuzun şücaəti sayəsində biz BMT-nin qətnaməsinin icrasını həyata keçirtdik. Dünyada qəbul olunmuş beynəlxalq müharibə qanunlarına əsaslanaraq hüquqi normativlərə tam riayət etməklə beynəlxalq qurumların görə bilmədiyi, görmək istəmədiyi qərarların icra mexanizminin təmin etdik. Biz heç vaxt kiminsə dövlətimizin qüruru ilə oynamasına rəvac vermərik. Kiminsə xalqımızın hissiyatına qarşı riyakarlıq göstərilməsinə icazə vermərik”.