AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir - Sahibə Qafarova

11:19 01.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bildiyiniz kimi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılması qərara alınıb. Bu qərar ölkəmizə qarşı irəli sürülmüş qondarma ittihamlara cavab olaraq irəli sürülüb.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin bugün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Qafarova bildirib ki, Avropda müəyyən qüvvələr Azərbaycanın ərazibütövlüyü və suverenliyinin bərpası ilə heç cür barışa bilmirlər.

“Həmin qüvvələr sülh və sabitlik üçün göstərilən səylərə ciddi təhlükə yaradırlar. Təssüf ki, AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir”, - deyə sədr əlavə edib.