AŞPA sülh müqaviləsini pozmaq üçün hərəkətə keçib - Hasan Oktay

15:06 26.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Paşinyan Qarabağdan Ermənistana köçmüş ermənilərin geri qayıtmasını istəməsə də, AŞPA-nın Azərbaycana qarşı verdiyi qərar əslində çox həssas bir vəziyyətdir. Yəni bölgədə sülh deyil, müharibənin davam etməsi qərardır.

Bu fikirləri hafta.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

“Avropa bu kimi imkanlardan istifadə edərək regionda fəal rol almaq istəyir. Ermənistanın xüsusilə Fransa vasitəsilə silahlandırılması, İranın bölgəyə silah göndərməsi, hətta Hindistanın Ermənistana silah göndərməsi bütünlüklə onların regionda sülhü pozmaq və bu imkanlardan istifadə edərək regionda mövcudluğunu saxlamaq istəklərindən irəli gəlir. Yəni müharibə vəziyyətinin davam etməsində maraqlıdırlar. Amma artıq həm Azərbaycan, həm də Ermənistan nöqteyi-nəzərindən müharibə üçün vəziyyət yoxdur. Növbəti prosesi diplomatlar idarə edəcək”.

H.Oktay qeyd edib ki, sülh müqaviləsi çox yaxındır. Onun sözlərinə görə, AŞPA sülh prosesini pozmaq üçün hərəkətə keçib:

“Onlar Azərbaycanda keçirilən seçkiləri nəzərə alaraq Azərbaycanı təzyiq altında saxlamaq istəyirlər. Bu təzyiqlərə diplomatik müdaxilələrlə cavab verilməklə bölgədə sülh bərqərar olacaq. Bölgədə Türkiyə, Azərbaycan və Ermənistanda üçtərəfli sülh imzalananda nəqliyyat və tranzit problemləri avtomatik həll olunacaq. Bölgəyə yeni geosiyasi güc tarazlıqları gətirəcəyi gözlənildiyi üçün Zəngəzur dəhlizindən çox sürətli vergisiz, rüsumsuz keçidlər üzərində iş aparılmalıdır”.