Dövlət Dumasının sədri Vyaçeslav Volodin WikiLeaks-in yaradıcısı Julian Assanx ətrafında yaranmış vəziyyəti “Vaşinqton, London və Brüsselin alçaqlığı, yalanı və ikili standartlarının nümunəsi” adlandırıb. O, bu fikri öz Telegram kanalında bildirib.
Onun fikrincə, Assancın ifşası ABŞ-a deyil, Rusiya və ya Çinə aid olsaydı, o, həqiqət və azadlıq uğrunda döyüşçü təyin olunardı. “Ancaq o, Vaşinqtonun cinayətlərini ifşa etdi. Dünya hegemonu isə bu cür şeylərə dözmür, bütün fikir ayrılıqlarını məhv edir”, – Volodin yazıb.
O qeyd edib ki, 2016-cı ildə BMT Assancın həbsini qanunsuz elan edib. Dövlət Dumasının sədri hesab edir ki, WikiLeaks-in yaradıcısının ekstradisiyası Avropa İnsan Hüquqları Konvensiyasının, o cümlədən söz azadlığı hüququnun kobud şəkildə pozulması olacaq.
Volodin bildirib ki, onun ABŞ-a deportasiyası baş verərsə, bunu dəstəkləyən ölkələr hüquqi dövlət kimi mövcud olmayacaq.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Böyük Britaniya məhkəmələrinin Assancın deportasiyası ilə bağlı qərar verməyəcəyinə ümid etdiyini bildirib.
Ləman Əliyeva