Astarada kişi ov tüfəngi ilə öldürüldü

10:47 29.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 29-da saat 08 :30 radələrində Astara rayonu Pəlikəş kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan hafta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2005-ci təvəllüdlü Əhmədov Pərviz Habil oğlu könüllü polisə təslim olub.

Bildirilib ki, o, saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.