Astarada qadını qətlə yetirən şəxslər saxlanılıblar

13:34 11.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Z.Məmmədova tibb bacısı olub.