Avropa Ittifaqının müşahidə missiyasının üzvləri Zəngəzurda qəzaya düşdü

12:42 11.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bu gün, martın 11-də Ermənistanın Sünik mərzi(Zəngəzur-S.L.) ərazisində bədbəxt hadisə baş verib. Saat 09:50 radələrində Tatev-Ltsen avtomobil yolunun 13-cü km-də "Nissan Pathfinder" markalı avtomobil naməlum şəraitdə yoldan çıxaraq daşa çırpılıb və aşıb”.

Hafta.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.

Qəza nəticəsində, ilkin məlumata görə, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qəzaya düşən avtomobilin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına xidmət etdiyi bildirilir. Sürücü və iki sərnişin isə avropalı müşahidəçidir. Sürücü Avstriya vətəndaşı, müşahidəçilər isə Polşa vətəndaşıdır.