Avropa Komissiyası vaksinin məcburi olmasını istəyir

10:03 02.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, dövlətlərin artıq məcburi vaksinasiya barədə fikirləşməsinin vaxtı çatıb.

Hafta.az-ın xəbərinə görə, xanım siyasətçi bununla belə, məsələyə üzv dövlətlərin özlərinin qərar verəcəyini deyib.

“Düşünürəm ki bu barədə müzakirələr aparılmalıdır” deyə xanım siyasətçi bildirib.

Qeyd edək ki, Avstriyada koronavirus əleyhinə peyvənd məcburidir. Almaniyada isə məcburiyyət məsələsi müzakirə edilir.

Oxunma sayı 89