Arxeoloji tapıntılar göstərir ki, Avropa qitəsində ilk insanlar bu gün Ukraynaya aid olan ərazidə məskunlaşıblar.
Hafta.az xəbər verir ki, bu barədə nüfuzlu “Nature” elmi nəşrinin səhifələrində dərc olunan tədqiqat hesabatında bəhs edilir.
Qeyd olunur ki, hələ 1970-ci illərdə Karpatyanının(Zakarpatiya) Korolevo kəndi yaxınlığında arxeoloqlar ibtidai insan məskəni aşkar ediblər. Burada tapılan daş alətlər bir neçə tədqiqat qrupu tərəfindən tədqiq edilib. Korolevo yaxınlığındakı ərazinin elmi əhəmiyyəti çoxdan tanınsa da, əsas məsələ ən aşağı təbəqələrin, yəni ən erkən təbəqələrin artefaktlarla müəyyənləşdirilməsi idi...
Yeni araşdırmada elm adamları kosmogen nuklidlərdən yararlanaraq dəfn tarixini təyin etmək üçün iki üsuldan istifadə ediblər və bu tapıntıların yaşının təxminən 1,42 milyon il olduğu qənaətinə gəliblər.
Beləliklə, Korolevo yaxınlığındakı ibtidai insan düşəgəsi Avropanadakı ən qədim belə məkandır. Ən azından etibarlı şəkildə tarixlənə bilən məskənlər arasında... Həmçinin, Karpatyanı hominidlər düşərgəsi alimlərin biliklərindəki Qafqazda ilk insanların təxminən 1,85-1,78 milyon il əvvəl meydana çıxması ilə Avropanın cənub-qərbində insanların təxminən 1,2-1,1 milyon il əvvəl görünüşü arasında məkan və zaman boşluğunu tamamlayır...
"Bizim tapıntılarımız Avropanın şərqdən müstəmləkələşdirildiyi fərziyyəsini dəstəkləyir və yaşayış mühitinin uyğunluğu ilə bağlı təhlilimiz göstərir ki, erkən homininlər Orta Pleystosen keçidindən xeyli əvvəl daha yüksək enliklərdə və nisbətən kontinental yerlərdə məskunlaşmaq üçün isti buzlaqlararası dövrlərdən yararlanıblar", - deyə nəşr izah edir.