Avstraliyada yeniyetmə köpək balığının hücumundan sonra ölüb

09:10 29.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliyada bir yeniyetmə köpək balığının hücumuna məruz qalıb. Ştat polisi York yarımadasındakı Ethel çimərliyi yaxınlığında bir nəfərin "ağır yaralandığı"na dair məlumat alıb.

Hafta.az-ın ABC News-a istinadən yazdığına görə, xəbərdarlıqdan sonra əraziyə gedən polislər cansız bədəni dənizdən çıxarılan şəxsin köpək balığının hücumuna məruz qaldığını müəyyən ediblər.

Bölgə sakinləri son vaxtlar okeanda çoxlu köpək balığı gördüklərini və bu vəziyyətdən narahat olduqlarını bildiriblər.

Ethel Beach turistlər və sörfçülər tərəfindən geniş şəkildə seçilən Dhilba Guuranda-Innes Milli Parkında yerləşir.