Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO

16:05 29.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hafta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qəza “İsuzu” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində baş verib.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1994-cü il təvəllüdlü sürücü Kamran Arif oğlu Xəlilovu xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.