Avtomobildən meyit tapılıb

09:23 10.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin minik avtomobilində qapıların kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.