Axtarışda idi, Polşada SAXLANILDI

14:08 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar oğlu Kərimov Polşa ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Hafta.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə E.Kərimov təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla beynəlxalq axtarışa verilib.

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.