Ayaz Mütəllibov Fəxri xiyabanda dəfn olunacaq

11:24 28.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib.

O qeyd edib ki, sabiq Prezident Ayaz Mütəllibovla vida mərasimi Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.