Azərbaycan dəmir yolu operatoru Çindən Türkiyəyə konteyner daşımağa başlayıb

21:17 08.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində fəaliyyət göstərən "Barys" fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Bakı limanına ilk dəfə olaraq rekord həcmdə - 314 TEU konteyner çatdırılıb.

"ADY Container"dən hafta.az-a verilən məlumata görə, gəmidə olan 159 konteyner limana boşaldılıb. Konteynerlərin hər biri 40 futluqdur.

Çindən və Qazaxıstandan göndərilən konteynerlərin əksəriyyəti platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə göndəriləcək. Konteynerlərdə müxtəlif təyinatlı qarışıq yüklər daşınır.