Azərbaycan dünyanın 20-ci ən ağıllı ölkəsi seçildi

14:10 29.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Brain Stats" Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış siyahıda dünyanın ən ağıllı 30 ölkəsinin adı yayımlanıb.

Hafta.az-ın yazdığına görə, sözügedən siyahıda dünyanın ən iri texnologiya sahibi ölkələri ilə yanaşı, çox sevindirici haldır ki, Azərbaycanın və qardan Türkiyənin də adları var.

Həmin 30 ölkənin siyahısı aşağıdakı kimidir: Birinci yerdə Hong Konq möhkəmlənib, ikinci pillədə Sinqapur, üçüncüdə isə Cənubi Koreya qərarlaşıb. Siyahıda ilk onluğu isə bu ölkələr doldurub: 4.Yaponiya, 5. Çin, 6. Tayvan, 7. İtaliya, 8. İslandiya, 9. Monqolustan, 10. Avstriya. 

11-ci pilləni Norveç tutan siyahıda 12-ci yeri Böyük Britaniya, 13-cü yeri Kanada, 14-cü pilləni Almaniya, 15-ci yeri Fransa, 16-cı yeri ABŞ, 17-ci yeri Rusiya, 18-ci yeri isə Malayziya tutur. Qardaş ölkə Türkiyə dünya dövlətləri arasında 19-cu pillədə qərarlaşıb.

Yuxarıda qeyd etdiyimiz kimi, siyahıda Azərbaycanın da adı var - 20-ci pillədə.  

Qeyd edək ki, Azərbaycandan sonra siyahını dünyanın ən böyük ölkələrindən olan İndoneziya davam etdirir - 21-ci yer. Sonrakı yerlərdə isə - 22-ci pillədə İraq, 23-də Küveyt, 24-cü yerdə İran, 25-də Pakistan, 26-cı yerdə Səudiyyə Ərəbistanı, 27-ci pillədə Suriya durur.

Ağıllı ölkələrin siyahısında son üçlüyü isə Hindistan (28-ci yer), Misir (29-cu yer) və Qətər (30-cu yer) tutur.

Bu siyahıda biz oxucuları maraqlandıran və hətta təəccübləndirən məqamlar da var. Müasir elmi-texniki uğurların qazanıldığı bir dövrdə Monqolustan, Suriya, İraq kimi ölkələrin bu siyahıya hansı nailiyyətlərinə görə düşdüyünü anlamaq bir az çətindir.