“Azərbaycan həqiqətən yeni baxış nümayiş etdirir” - Tofiq Abbasov

15:38 07.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bakı Enerji Həftəsinin əsas əhəmiyyəti dünyada baş verən proseslər və əsas trendlərlə bağlı müzakirlərin aparılmasıdır. Burada enerji generisaziyası və təhlükəsziliyin qorunması, inkişaf meyillərinin qüvvədə qalması əsas amillərdir. Azərbaycanın bu istiqamətdə yeni konseptual yanaşmaları var.

Bunu hafta.az-a politoloq Tofiq Abbasov Bakı Enerji Həftəsinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

Politoloq bildirib ki, Azərbaycan belə tədbirlərin hamısında yeni söz, yeni baxış, yeni yanaşmaları təqdim edir.
“Bir halda ki, Azərbaycan digər ölkələrin aparıcı şirkətlərinə meydan verir, deməli özünün də deməyə sözü olmalıdır. Azərbaycan elə dialoq, mübadilə meydanını təsis edib ki, burda həm özü faydalansın, həm də tərəfdaş ölkələr”.
T.Abbasov hesab edir ki, bu gün dünyada tənəzzül meyilləri qüvvəsini saxlasa da, istehsal potensialının genişlənməsi, iqtisadi inkişaf prosesi də gedir. Onun fikrincə, əgər bu varsa, deməli enerji mənbələrinin ehtiyat xətlərinin olması olduqca vacib əhəmiyyət kəsb edir.

Politoloq bildirib ki, dünyada digər bir tərəfdən iqlim probemləri kəskin şəkildə artıb. Onun fikrincə, bununla bağlı tədbirlərin görülməsində vaxt itkisinə yol verə bilmərik.

“Azərbaycan ona görə də COP29-u keçirməklə bütün dünyaya səslənir və bildirir ki, iqlim dəyişikliyi ilə bağlı “döyüşə” hazırdır, tərəfdaşlarımız, digər ölkələr də hərəkətə keçib öz sözlərini deməlidirlər. Biz artıq Prezident İlham Əliyevin çıxışından da gördük ki, Azərbaycan həqiqətən də cox cəsarətlə yeni baxış nümayiş etdirir. Bu baxışın əsas məğzi: yaşıl enerji, qeyri-ənənəvi enerjiyə keçid, bərpa olunan mənbələrin istifadəsi. Bu onu göstərir ki, Azərbaycan ənənəvi enerji vasitələrindən istiadə edərək arxayınlaşmayıb, əksinə, ənənəvi enerjilərin tükənəcəyini dərk edir və digər ölkələri də bunu dərk etməyə, yaşıl enerjiyə keçidə çağırır”.

T.Abbasov hesab edir ki, bu prosesdə əsas məsələ digər ölkələrin yol verdiyi səhvlərin təkrarlanmamasıdır. O, keçmiş COP-larda mübahisəli məqamların ortaya çıxdığını və bu üzdən də dürüst, əhatəli gündəliyi formalaşdırmağın mümkün olmadığını deyib.

“Dürüst, əhatəli gündəliyin formalaşmasına nail olmaq üçün bütün iştirakçıların konsersusu lazımdır. Azərbaycan diplomatiyası məqsəd olaraq bunu gündəmə gətirib. Çalışır elə etsin ki, iştirakçı tərəflər narazı qalmasın, məhsuldar yanaşma ilə özlərini təsdiqləsinlər. Biz Qərb və Şərqlə eyni şəkildə əməkdaşlıq edirk. Bu bəzi mərkəzlərin xoşuna gəlmir. Bu onların öz işidir. Ancaq bizim işimiz problem yaratmadan münasibətləri inkişf etdirmək və başqa ölkələrin maraqlarına təhlükə törətməməkdir. Biz bunu dəfələrlə demişik. Əsas odur ki, Azərbaycan özü disskusiya, mübadilə, mükamilə meydanı formalaşdırb. Burda bütün iştirakçıların hüquqları bərabərdir. Həmişə bildiririk ki, burda böyük-kiçik məsələsi ola bilməz. Gündəmdə tale yüklü məsələ varsa, hər iştirakçı ölkə yaradıcı, xilasedici potensialını ortaya qoya bilər. Bunun üçün şərait yaradılmalıdır və Azərbaycan bu işi bacardığını məharətlə ortaya qoyur”.

Politoloq bildirib ki, ənənəvi enerji mənbələrinin tükənməyə doğru getdiyi bir zamanda Azərbaycan çalışır ki, bərpa olunan enerji resurslarını prosesə cəlb etsin.

“Bu, həm ənənvi enerjiyə qənaət edər, eyni zamanda ətraf mühitin saflaşdırar. Azərbaycanın bu kompleks yanaşması çox vacib, özünəməxsus etalondur. Bunu istənilən ölkə tətbiq edə bilər. Hesab edirəm ki, “Enerji həftəsi” bu yöndə dinamik davam edir və öz qarşısına qoyduğu məqsədlərə çata biləcək”.

Siyasət rubrikasından digər xəbərlər