Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarının sayını artırması, son olaraq cəbhə bölgəsindəki savaş nəticəsində 7 hərbçimizin şəhid olması və mövcud gərginlik savaşınyenidən başlaya biləcəyinə dair iddiaları artırıb.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hafta.az-a bildirib ki, son günlər sərhəddə baş verən hərbi toqquşmaların böyük güclərin maraqlarına uyğundur. Onun sözlərinə görə, regiona daxil olmaq istəyən güclər bu vəziyyətin qalmasında maraqlıdır və böyük ehtimalla belə toqquşmalar davam edə bilər.
“Lakin Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini bildirərək bəyan edib ki, istənilən halda hərbi təxribatlara cavab verəcək və layiqincə də cavab verir”.
Q.Əlibəyli bildirib ki, bu toqquşmalar genişmiqyaslı müharibələrə gətirib çıxarmayacaq.
“Lakin müəyyən ləngimələr də var. Məsələn, Azərbaycan əsgərləri terrorçunu yerindəcə güllələməli idi. Azərbaycan Laçın Dəhlizini tam bağlamalı və öz ərazilərində antiterror əməliyyatları aparmalıdır”.
Partiya sədri hesab edir ki, sərhəddə təxribatlar törədən 60 erməni hərbçisinin tutularaq yenidən Ermənistana verilməsi, eləcə də terrorçunun ermənilərər təhvil verilməsi yanlış idi. Azərbaycanın bu addımı humanistlik kimi təqdim edilsdə də cinayətkar düşmən onu anlamayacaq və öz siyasətini aparacaq.
“Müharibə bitmədən düşmənə qarşı əsrilərin verilməsi ilə bağl hər hansı humanist addım, düşmənin əlinə silah verməyə bənzəyir. Biz erməni hərbçisini azad edəcəyik, o biri tərəfdən də onu silahlandırıb üstümüzə göndərəcəklər. Yaxş olardı ki, əsir götürülmüş hərbçiyə görə xahişə gələnlər, Azərbaycan ərazisində qalan erməni silahlılarını tərksilah etsinlər ki, üstümüzə silaha gəlməsinlər”.