“Azərbaycan öz tələblərini irəli sürmək üçün güclü mövqedədir” – Pakistanlı diplomat

10:40 15.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Düşünürəm ki, Zəngəzur dəhlizi məsələsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun qərar yalnız Prezident İlham Əliyev tərəfindən verilə bilər”.

Bu sözləri Hafta.az-a Pakistanın ölkəmizdəki keçmiş səfiri Xalid Usman Qayser, Prezident İlham Əliyevin “Ermənistan Laçın dəhlizinə hansı statusu istəyirsə, Zəngəzur dəhlizinə də eyni status verilməlidir” sözlərini şərh edərkən deyib. Pakistanlı diplomat qeyd edib ki, onun arzusu Zəngəzur yolunun açıldığını görmək, insanların Bakıdan Naxçıvana öz maşınları ilə getdiyini görməkdir.  

“Arzum budur ki, hər bir Azərbaycan vətəndaşı paytaxt Bakıdan və ölkənin digər şəhərlərindən Naxçıvana şəxsi avtomobilləri ilə rahat gedə bilsin. Bu mənada Bakını Naxçıvanla birləşdirəcək avtomobil yolunun tikintisi mənim üçün mükəmməl iqtisadi inkişaf layihəsi olacaq”, - deyib Xalid Usman Qayser.

Sual yaranır: Ermənistan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxarsa, Azərbaycan Laçın dəhlizini bağlaya bilərmi? Pakistanlı diplomat qeyd edir ki, Azərbaycan Ermənistana qarşı son müharibədə qalib gəlib. Beləliklə, Azərbaycan öz tələblərini ölkə rəhbərliyinin lazım bildiyi kimi, irəli sürmək üçün güclü mövqedədir.

“Ancaq praktiki olaraq yalnız onu deyə bilərəm ki, xarici siyasətdə qərarlar milli maraqlar rəhbər tutularaq, soyuqqanlı rasionallıqla qəbul edilir. Azərbaycan üçün nəyin xeyirli olduğunu heç bir kənar şəxs təklif edə bilməz. Azərbaycan xalqı və liderləri çox yaxşı bilirlər ki, müzakirə olunan məsələdə Ermənistanın hansı qərar qəbul etməsindən asılı olmayaraq, onların ölkəsinin xeyrinə nə var”, - Xalid Usman Qayser deyir.

Siyasət rubrikasından digər xəbərlər