Azərbaycan Pakistandan yeni qırıcılar ala bilər - Rəy

17:26 13.07.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dövlət başçısı İlham Əliyevin Pakistana səfəri Pakistan-Azərbayan ikitərəfli əlaqələrinin möhkəmlənməsi və inkişafına hesablanıb. Artıq Azəbaycan Pakistanla strateji mütəfiqlik istiqamətində addımlar atır. Son 5 ildə Pakistanla yüksək səviyyədə qurulan hərbi, siyasi, texniki əlaqələrin rəsmləşdirilməsi zərurəti yaranıb”.

Bunu hafta.az-a politoloq Məhəmməd Əsədullazadə Azərbaycan-Pakistan əlaqələrinə diqqət çəkərkən bildirib.

M.Əsədullazadə qeyd edib ki, Azərbaycan Pakistan münasibətləri, əlaqələri bütün müstəvilərdə inkişf etdirilməlidir. Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Pakistan rəsmilərinin Şanxay Əməkdaşlq Təşkilatı çərçivəsində üçtərəfli görüşdə də üçtərəfli əlaqələrin, hərbi müttəfiqliyin qurulması razılaşdırılıb.

“Azərbaycan Pakistandan yeni qırıcılar ala bilər və nəzərə alaq ki, bu qırıcılar öz döyüş modifikasiyasına görə yeni nəsil hesab olunur. Qırıcılar Azərbaycanın hərbi aviasiyasına istifadə edilə bilər. Bu qırıcılar Çin-Pakistan istehsalıdır. Azərbaycan Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladığına görə qarşıda heç bir maneə görünmür”.

M.Əsədullazadə hsab edir ki, nüvə dövləti olan Pakistanın Azərbaycanla bütün sektorlar üzrə əlaqələrini inkişaf etdirməsi Azərbaycanın təhlükəsizliyini, suverenliyini gücləndirəcək.
“Gələcəkdə Azərbaycanda Atom Elektrik Stansiyası yarada və Pakistanın nüvə enerjisindən istifadə edə bilərik. Azərbaycanın bir nüvə ölkəsi ilə strateji tərəfdaş, müttəfiq olması Azərbaycanın yeni siyasi nizam fonunda mövqelərini kifayət qədər gücləndirəcək”.