Azərbaycan səfirliyi avstriyalı iş adamları ilə görüş təşkil edib

23:19 29.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstriyalı iş adamları Qarabağ həqiqətləri ilə tanış edilib.

Hafta.az xəbər verir ki, bunu "Twitter"də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.

"Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı ilə Vyanada Avstriyanın iş adamları üçün təşkil olunan işgüzar nahar görüşündə iştirak etdik. Görüşdə əməkdaşlıq perspektivlərinin müzakirəsi aparıldı və Qarabağ həqiqətləri ilə tanışlıq baş tutdu", - deyə Emin Huseynov bildirib.