Azərbaycan tərəfinə keçən mülki erməni qarşı tərəfə qaytarılıb

21:38 09.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yolu azaraq hərbçilərimizin nəzarətində olan əraziyə keçən mülki erməni vətəndaş Azərbaycan tərəfindən geri qaytarılıb.

Hafta.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, proses Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə baş tutub.

Məlumata görə, 69 yaşlı A.A. bu gün saat 12:00-da erməni tərəfinə təhvil verilib.