Azərbaycan XİN Rusiyaya başsağlığı verib

09:21 26.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Kemerovo vlayətində kömür mədənində həlak olanlarla bağlı başsağlığı verib.

Hafta.az-ın xəbərinə görə, başsağlığı XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

Başsağlığında deyilir:

“Listvyajnaya” kömür mədənində baş verən partlayışla əlaqədar Rusiya xalqına, həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayırırq”.