Azərbaycana 1 milyon dozadan çox “CoronaVac” gətirildi

17:50 01.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar ayında Azərbaycana 1 200 000 doza “CoronaVac” vaksini gətirilib.

 

Bu barədə hafta.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana yeni növ koronavirus (COVID-19) əleyhinə ümumilikdə 3 milyon 280 min doza vaksin gətirilməsi nəzərdə tutulub.

 

Cari ildə 3 milyon 200 min doza Çin istehsalı olan “Coronavac”, 80 min doza isə Rusiya istehsalı olan “Sputnik V” vaksininin gətirilməsi planlaşdırılıb.