Özbəkistan səfirliyinin dəstəyi ilə Azərbaycanda ağır vəziyyətdə olan Özbəkistan vətəndaşı vətəninə aparılıb.
Hafta.az-ın yazdığına görə, M.J. ağır xəstəlik (insult) səbəbindən Özbəkistana qayıtmaq üçün tibbi və əməli yardım üçün müraciət edib. Vətəndaşla söhbət zamanı məlum olub ki, o, oğlu C.J. ilə 10 ildir ki, Azərbaycanda qeyri-qanuni yaşayıb.
Xəstəyə operativ tibbi yardımın göstərilməsi məqsədilə onun xəstəxanaya yerləşdirilməsi üçün tədbirlər görülüb. Lakin tibbi sığorta və lazımi sənədlər olmadığından müxtəlif problemlər yaranıb. Sonda xəstə və oğlu ilə razılaşaraq, onların Özbəkistana qaytarılması barədə qərar qəbul edilib.
Azərbaycandakı fəal həmvətənlərinin dəstəyi ilə M.J və oğlu Bakı-Daşkənd marşrutu üçün bilet alınıb və onlar martın 29-da Özbəkistana yola salınıb.
Oxşar vəziyyət Tailandda da müşahidə olunub. Martın 30-da insult keçirən özbək vətəninə qaytarılıb. O, Tailanda işləmək üçün gedibmiş, lakin tibbi sığorta almayıb və işəgötürənlə əmək müqaviləsi bağlamayıb. Belə halların sayının artması ilə əlaqədar Özbəkistanın Banqkokdakı Baş Konsulluğu Özbəkistan vətəndaşlarının nəzərinə çatdırıb ki, xaricə səyahət edərkən və ya işləyərkən tibbi sığortanın alınması, habelə işəgötürənlə əmək müqaviləsi bağlanması zəruridir.