Qarabağ Universitetində “Açıq qapı”

13:07 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə qəbul prosesinə hazırlaşan abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günləri təşkil edir.

Elm və Təhsil Nazirliyindən Hafta.az-a bildirilib ki, iyulun 27-dən avqustun 7-dək davam edəcək “Açıq qapı” bazar günü istisna olmaqla hər gün saat 14:00-dan 17:00-dək keçiriləcək.

İştirakçılar universitetin tədris korpusları, laboratoriyaları, tələbə şəhərciyi və digər infrastruktur obyektləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Eyni zamanda, akademik heyətlə görüşərək tədris proqramları, ixtisas seçimi, tələbə həyatı və qəbul prosesi barədə ətraflı məlumat ala, onları maraqlandıran suallara cavab tapa biləcəklər.

Ziyarətlərin səmərəli təşkili məqsədilə iştirak etmək istəyən şəxslərə əvvəlcədən qeydiyyatdan keçmək tövsiyə olunur. Qeydiyyat müvafiq elektron forma vasitəsilə və ya QR kodunu skan etməklə aparılır.

“Açıq qapı” günlərinin məqsədi abituriyentlərin Qarabağ Universitetinin təhsil imkanları, akademik mühiti və kampus həyatı ilə yaxından tanış olmaları üçün şərait yaratmaqdır.