Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan və Omanın xarici işlər naziri Bədr Əlbusəidi bu gün keçirilən telefon danışığı zamanı Hörmüz boğazında naviqasiya azadlığının qorunmasını müzakirə ediblər.
Hafta.az yazır ki, zəng zamanı nazirlər regional və beynəlxalq inkişafları nəzərdən keçirib, qarşılıqlı narahatlıq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Onlar həmçinin beynəlxalq su yollarının təhlükəsizliyinin qorunmasının, Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsinin və regional təhlükəsizliyin gücləndirilməsi səylərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, İran dünən, Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidinin idarə olunması ilə bağlı Omanla danışıqları davam etdirdiyini bildirmişdi.