Türkmənistan XİN bəyanat yaydı

15:36 27.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistan Xarici İşlər Nazirliyi beynəlxalq medianın Xəzər dənizində gəmiyə edilən hücumla bağlı xəbərlərinə cavab olaraq rəsmi açıqlama yayıb.

Hafta.az yazır ki, nazirlik bu cür hərəkətlərin qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb. Qeyd edib ki, hadisə bütün tərəflərdən regionda naviqasiya təhlükəsizliyinin təmin edilməsində maksimum məsuliyyət daşımalarını tələb edir.

Bəyanatda həmçinin vurğulanır ki, BMT tərəfindən tanınan daimi neytrallıq statusuna malik Xəzəryanı dövlət kimi Türkmənistan Xəzər dənizini yalnız sülh, harmoniya, sabitlik və mehriban qonşuluq zonası kimi qorumaq mövqeyini ardıcıl olaraq dəstəkləyir.