Azərbaycanda əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb - Əli Əsədov

12:31 15.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qonşu ölkələrin maliyyə bank sisteminin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib.

Hafta.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.

“Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir”, - deyə o bildirib.