Azərbaycanda qəzalı məktəblərin sayı 30 faiz AZALIB

13:06 05.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Son 3 ildə 275 məktəbin tikintisi və ya əsaslı təmiri nəticəsində ölkəmizdə qəzalı məktəblərin sayı 30% azalıb”.  

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. 

“Strategiyada “Təhsil” bölməsinin 9 fəaliyyət istiqaməti üzrə 17 tədbirin 2024-cü ildə həyata keçirilməsi ilə bağlı xərclər üçün 247 milyon manat və ya 32 faiz çox vəsait nəzərdə tutulub.  Bu tədbirlər təhsilin bütün istiqamətlərini əhatə edir. 

Onu da qeyd edim ki, bir neçə gün əvvəl (28 noyabr) dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir.

Son 5 ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 50 faizə yaxın artıb.

Peşə təhsili sistemində təhsil alanların 89 faizi dövlət sifarişi əsasında təhsil alır. Əmək bazarının tələblərinə uyğun 74 yeni peşə təhsili proqramı hazırlanmış, 95 yeni ixtisas əlavə edilib”, - baş nazir qeyd edib.

Oxunma sayı 94