Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir - Moldova MSK-nın sədri

12:57 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir. Moldova da nə vaxtsa ölkənin bütün ərazisində seçkilər keçirmək arzusundadır.

Hafta.az xəbər verir ki, bu sözləri Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşdə səsləndirib.

Qonaq təmsil etdiyi qurumun Azərbaycanda seçkiləri müşahidə etməkdən məmnun olduğunu bildirib.

A.Karaman seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyindən əminliyini ifadə edib.