Moskva vilayətində neft bazası yaxınlığında naməlum PUA qəzaya uğrayıb. O, yəqin ki, ağaclara ilişib.
Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın “BAZA” teleqram kanalı yazır.
Qeyd edildiyi kimi, aprelin 4-də günorta saatlarında Azərbaycanlı milyarder Vahid Ələkbərovun sahibi olduğu “Lukoyl” şirkətinə məxsus Novoselki neft yükləmə bazasından 150 metr aralıda təyyarə tipli pilotsuz uçuş aparatı aşkar edilib.
"PUA-nın qanadı qopub, ancaq o partlamayıb, ola bilsin ki, aparatın qanadı ağaclara ilişib və o, hədəfə çatmayıb",- deyə xəbərdə bildirilir.
“BAZA”-nın məlumatına görə, pilotsuz təyyarənin qəzaya uğradığı yerə “FSB” əməkdaşları çağırılıb. Partlayıcı texnikalar həmin gün axşam saatlarında qurğunu məhv ediblər.
Qeyd edək ki, “Lukoyl” neft şirkəti Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur.
Xatırladaq ki, aprelin 5-nə keçən gecə Rusiyaya pilotsuz təyyarələr axın edib. Rusiya Müdafiə Nazirliyi 53 pilotsuz təyyarənin tutulduğunu və vurulduğunu açıqlayıb.