Azərbaycanlı Ukraynada tankı qənimət götürdü - FOTO

19:06 17.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heç kimə sirr deyil ki, Ukraynada gedən döyüşlərdə vətəndaşları olduqları bu ölkənin ordusunun tərkibində azərbaycanlılar da döyüşür.

Hafta.az lent.az-a istinadla xəbər verir ki, onların arasında hətta şəhid olanlar, yaralananlar da var. 

İstər sosial şəbəkələrdən, istərsə də xəbər lentlərindən azərbaycanlılarında ukraynalılar kimi vətəndaşı olduqları ölkənin müdafiəsində qəhrəmanlıqlar göstərdiyi barədə xəbərlər gəlir. 

 Onlardan biri də Rövşəndir. Çox təəssüf ki soyadını dəqiqləşdirə bilmədik. Amma bircə onu öyrənə bildik ki, əslən Bakıdandır. Və həmin bu Rövşən Zaporojye vilayətində gedən döyüşlərdə  bir ədəd tank qənimət götürüb...