Bakı sakini Hacıqabulda ölü tapılıb

10:12 02.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulun Rəncbər kəndində üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı meyitin Bakı sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal Akif oğluna məxsus olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.