“Rusiya hələ də bu bölgəyə fəal şəkildə qayıtmadığından, Ermənistan hakimiyyəti müxtəlif oxşar şıltaqlıqlara yol verə bilər, lakin bunun bir gündə bitməsi mümkündür”.
Hafta.az xəbər verir ki, bunu news.am-ın müxbiri ilə söhbətində siyasi analitik Argişti Kiviryan Ermənistanın Qərbə doğru addımlar atması faktına istinadla bildirib.
“Ermənistan hakimiyyəti 1918-1920-ci illərdə də oxşar davranış nümayiş etdirib. Amma 1920-ci il gəldi, Qırmızı Ordu Ermənistana girdi və hər şey bitdi... Əgər Moskva keçmiş SSRİ ölkələrini yeni ittifaq dövlətinə cəlb etmək qərarına gəlsə, qoy Ermənistan hakimiyyət orqanları nə istəyirlər, desinlər. Ermənistan Azərbaycana müqavimət göstərə bilmədi və Rusiya hərbi yolla ittifaq ölkəsi yaratmağa qərar verərsə, Moskvaya necə müqavimət göstərə biləcək?.. Dövlət qurmaq lazımdır ki, sizə hücum olmasın. Əgər Bakı sənin üzərində özünü təsdiqləyirsə, Moskva sənə aman verərmi?”, -deyə Kiviryan sual edib.