Bakı-Sumqayıt yolunda avtobus qəzası - ölən və yaralananlar var

10:02 10.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda mikroavtobusun betona çırpılması nəticəsində xəsarət alanların sayı artıb.

Xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan dördünün vəziyyəti ağırdır.

***

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən "Frod Tranzit" markalı mikroavtobus beton arakəsməyə çırpılıb.

Hadisə zamanı bir nəfərin öldüyü bildirilir, üç nəfər ağır yaralanıb.

İlkin ehtimala görə, qəzaya sürücünün yuxulaması səbəb olub.