Bakı və İrəvan inanılmaz irəliləyiş əldə ediblər - Dövlət Departamenti

22:58 15.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə ediblər və uzun bir yol keçiblər.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

"Bu iki ölkə arasında sülh sazişi bu ölkələr və region üçün, regionda sülh, sabitlik və təhlükəsizlik üçün çox önəmli olacaq. Biz sazişin mümkün olduğunu düşünürük, lakin bunun üçün hər iki tərəfdən çətin seçimlər və çətin kompromislər tələb olunacaq. Ona görə də biz onları bu son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə təşviq etməyə davam edəcəyik", - deyə o qeyd edib.