Bakıda 29 nəfəri gün vurub

15:03 12.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yay mövsümü başlayandan bu günə qədər günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 29 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 10-u hospitalizasiya edilib, 19-na yerində yardım göstərilib.

Müraciət edənlərdən 8 nəfəri uşaq olub, onlardan 3-nə yerində yardım edilib. 21 böyükdən isə 7 nəfərinə yerində yardım edilib.

Qeyd olunub ki, ötən həftə ərzində günvurma ilə əlaqədar 1 nəfər müraciət edib.